Misli Premyer Liqasının XXVI turunda 300-cü qol vurulub. Sport24.az xəbər verir ki, yubiley qolunun müəllifi "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə olub.
O, "Araz-Naxçıvan"a 3:1 hesabı ilə qalib gəldikləri matçda fərqlənib.
301-ci qola Ağdam təmsilçisində Leandro Andrade, 302-ci qola isə onun komanda yoldaşı Emanuel Addai imza atıb.