"Neftçi" Rumıniyanın "Universitatya" (Krayova) klubunun futbolçusu Takuto Oşimanı heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə yerli "Fanatik.ro" nəşri məlumat yayıb.

27 yaşlı dayaq yarımmmüdafiəçisi komandasından ayrılmağı planlaşdırır. "Ağ-qaralar" bu səbəbdən onun vəziyyəti ilə maraqlanıb və tərəflər arasında danışıqlar gedir.

Avropadan başqa klubun da yapon oyunçunu transfer etmək istədiyi yazılıb. "Universitatya" isə performans bonusları da daxil olmaqla onun satışından 500 min avro qazanmaq istəyir.

Qeyd edək ki, Takuto Oşima 2024-cü ildən Rumıniya təmsilçisinin formasını geyinir.