Bu gün İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

"Neftçi" – "Şamaxı" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" klubu 800 manat cərimə edilir (maddə 51.2);

 

"Səbail" – "Turan Tovuz" oyununda "Turan Tovuz" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Turan Tovuz" klubu 800 manat cərimə edilir (maddə 52.1);