"Spartak" "Neftçi" ilə daha bir yoldaşlıq görüşü keçiriəcək. Sport24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

"Spartak"ın baş direktoru Oleq Malışev klubun "Neftçi" yoldaşlıq oyunu keçirmək niyyətində olduğunu deyib: "Çalışacağıq ki, gələcəkdə "Neftçi" ilə yoldaşlıq oyunu təşkil edək. Nə vaxt olacağı bəlli deyil, amma əlaqədəyik".

 

Qeyd edək ki, "Spartak" və "Neftçi" klubları ötən il il iyulun 18-də Moskvada yoldaşlıq oyunu keçirib. Matç Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, komandalar arasında martın 23-də baş tutmalı olan oyun, matçdan bir gün əvvəl Moskva vilayətində baş vermiş terror aktı səbəbindən ləğv edilmişdi.