Misli Premyer Liqasının I turunun ikinci oyun gününə "Neftçi Arena"da yekun vurulaca. Sport24.az xəbər verir ki, mövsümlərarası fasilədə demək olar ki, yenidən formalaşan "Neftçi" "Şamaxı"nı qəbul edir.

 

Kağız üzərində oyunun favoriyti "ağ-qaralar" olsa da, "şirlər"dən də sürpriz gözləməyə dəyər. Ayxan Abbasovun komandası hazırlıq dönəmində keçirdiyi yoxlama görüşlərində heç də pis təsir bağışlamayıblar.

 

Qeyd edək ki, Elçin Məsiyevin idarə edəcəyi qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, I tur

20:00. "Neftçi" - "Şamaxı"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Rüfət Əmirov
Bakı. "Neftçi Arena"