Misli Premyer Liqasının XIV turunun üçüncü oyun gününə Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" "Neftçi"ni qəbul edir.
Bir oyun az keçirən meydan sahibləri bu qarşılaşma ərəfəsində 25 xalla 3-cü, qonaqlar isə 16 xalla 8-ci pillədə qərarlaşıb. "Bayquşlar" heç də yaxşı günlərini yaşamayan "ağ-qaralar"la matçdan 3 xalla ayrılacağı təqdirdə mövqeyini bir qədər də yaxşılaşdırıb 2-ci yerə yüksələ bilər. Qonaqlar isə qələbə qazanacağı halda bir pillə irəliləyərək 7-ci olacaq. Söylənənlərə inansaq, "Neftçi"nin yeni baş məşqçisi olacağı gözlənilən Yuri Vernidub da oyunu stadiondan canlı izləyəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək - "Araz-Naxçıvan" - "Kəpəz" və "Sumqayıt" - "İmişli" görüşləri ilə yekun vurulacaq.
Misli Premyer Liqası
II dövrə, XIV tur
20:00. "Sabah" - "Neftçi"
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Masazır. "Bank Respublika Arena".