DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin 2-ci turuna yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə 6 görüş keçirilib.

 

Qazaxıstan səfərdə Lixtenşteyni 2 cavabsız qolla məğlub edib. Norveç İsraildən əlidolu dönüb. Monteneqro "Neftçi"nin yarımmüdafiəçisi Edvin Kuçun son saniyələrdə vurduğu qolun sayəsində aktivinə 3 xaı yazdırıb.

 

Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura iyunun 6-da start veriləcək.  

 

25 mart

DÇ-2026, seçmə mərhələ

2-ci tur

I qrupu

Moldova - Estoniya - 2:3

Qollar: Nikolaesku, 67. Kaymakov, 90+1 – Peetson, 19. Sappinen, 30. Kait, 70.

İsrail - Norveç - 2:4

Qollar: Abu Fani, 55. Turgeman, 90+3 – Volfe, 39. Sörlot, 59. Ayer, 65. Haland, 83.

 

 

J qrupu

Şimali Makedoniya - Uels - 1:1

Qollar: Miovski, 90+1 – Bruks, 90+6.

Lixtenşteyn - Qazaxıstan - 0:2

Qollar: Samorodov, 42. Maroçkin, 45.

 

L qrupu

Monteneqro - Farer Adaları - 1:0

Qol: Kuç, 90+6

Cəbəllütariq - Çexiya - 0:4

Qollar: Çerni, 21. Şik, 50. Şults, 72. Kliment, 90+5.