Yeni mövsümə hazırlaşan "Neftçi" hazırlığın 2-ci mərhələsini Türkiyədə keçir. İki gün öncə "ağ-qaralar"ın qardaş ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırdığını, artıq rəqiblərdən ikisinin adının məlum olduğunu xəbər vermişdik.

 

Sport24.az əldə etdiyi məlumata görə, paytaxt klubunun yoxlama oyununda üz-üzə gələcəyi daha iki komandanın da adı müəyyənləşib.

 

Roman Qriqorçukun çalışdırdığı kollektiv "Sivasspor", "Ərzurumspor"la yanaşı, "Antalyaspor" və "Alaniyaspor"la qarşılaşacaq.

 

Qeyd edək ki, "Neftçi" dünəndən Ərzurum toplanışına start verib.