Ərzurumda təlim-məşq toplanışında olan "Neftçi" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, "ağ-qaralar" düşərgəyə yeni qapıçı dəvət edib.

 

2017-2021-ci illər aralığında paytaxt təmsilçisinin formasını geyinən Səlahət Ağayev 3 illik aradan sonra yenidən "Neftçi"yə qayıdıb. "Çərçivə qoruyucusu" ilə "1+1" şərti ilə müqavilə imzalanacaq.

 

Qeyd edək ki, "ağ-qaralar" ötən gün xorvatiyalı qolkiper İvan Brkiçlə yolları ayırdığını açıqlamışdı.