Premyer Liqamızın XI turu çərçivəsində keçirilən “Neftçi” - “Sabah” matçında dubl edərək komandaya qələbə qazandıran Coy-Lans Mikkels şəxsi "İnstagram" hesabında oyunla bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, Almaniyadan olan Afrika əsilli forvard ölkə çempionu üzərində qazanılan qələbə haqda belə yazıb: Vou! Necə gecə idi! Buna görə onu gözəl oyun adlandırırıq. Komanda performansı!".