"Neftçi" qış fasiləsində ikinci trasferini reallaşdırıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" son klubu Qazaxıstan "Astana"sı olan fransız vinger Keelan Lebon ilə anlaşıb.

26 yaşlı oyunçu bu gün tibbi baxışdan keçdikdən sonra 1,5 illik müqaviləyə imza atacaq. Axşam saatlarında oyunçunun rəsmi açıqlanması planlaşdırılır. Lebonin müqaviləsi olduğu üçün qarşı tərəfə transfer haqqı ödəniləcək.

Xatırladaq ki, Antalyada qış təlim-məşq toplanışını yekunlaşdırmaqda olan "Neftçi" bunadək "Sumqayıt"dan millimizin müdafiəçisi Höccət Haqverdini transfer etmişdi.