“Neftçi” müdafiəçi Anton Krivotsyuk ilə başa çatan müqaviləni yeniləməyib. Sport24.az xəbər verir ki, son Azərbaycan çempionu milli komandamızın da üzvü olan 23 yaşlı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Krivotsyuk “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 105 oyunda meydana çıxıb, 10 qola imza atıb.

Xatırladaq ki, Anton karyerasını Polşada davam etdirərək Plotsk "Visla"sına keçib.