Misli Premyer Liqasının 2-ci turu çərçivəsində avqustun 14-də, saat 20:30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/events/sport/neftci-pfk-kepez-pfk

“Bakcell Arena”nın kassalarında isə biletlər sabah günün ikinci yarısında satışa çıxarılacaq.