"Neftçi" Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"la səfər matçında fasiləyə az qalmış ciddi itkiylə üzləşib. Sport24.az-ın Afinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komandanın bombardiri Namiq Ələsgərov rəqibin kobudluğundan sonra əvəzlənməli olub.

Belə ki, sifəti qana bulaşan Namiqin burnu sınıb, sadəcə, onu xəstəxanaya aparılmasına ehtiyac duyulmayıb. Ələsgərov hazırda ambulans maşınındadı və həkimlərin tibbi yardımıyla özünə gəlib. 

Onu da bildirək ki, Namiqə görə kobudluq edən, "Neftçi" fasiləyə hesabda 0:1 məğlub durumda yollayan qolun müəllifi olan Məhəmməd Kamara həmin epiozda görə qırmızı vərəqə alıb.