Müxtəlif yaş qrupu üzrə Azərbaycan yığma komandalarının yeni baş məşqçilərinin adlarına iyunda aydınlıq gələcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, AFFA-nın yeni rəhbərliyi aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçisi məsləsinə yenidən baxmaq qərarına gəlib.
Assosiasiyaya yaxın mənbədən əldə etdiyimiz məlumata görə, hazırda millilərin "sükanı arxasında" olan mütəxəssislərin müqavilələri martda başa çatsa da, AFFA-nın daxili əmiri ilə 3 ay uzadılıb. Yeni rəhbərlik iyunda bu məsələni yenidən gündəmə çıxararaq son qərarını verməyi planlaşdırır.
Qeyd edək ki, U-17-yə İlham Yadullayev, U-18-ə Füzuli Məmmədov, U-19-a isə Elxan Abdullayev rəhbərlik edir.