"Neftçi"nin baş məşqçisi Adrian Mutu rusiyalı futbolçusu Reziuan Mirzov barədə fikirlərini açıqlayıb. Sport24.az xəbər verir ki, rumıniyalı mütəxəssis rusiyalı həmkarlarımıza 30 yaşlı cinah yarımmüdafiəçisinin hazırkı performansını dəyərləndirib: "Zenit"ə qarşı matçda ölkə çempionatındakı görüşlərdən daha yaxşı oynadıq. Mirzovun forma yığması sevindirici haldı. O, qollar vurur. Bizim üçün təkcə Rezuanın deyil, digər oyunçularımızın da qol vurması vacibdr. Ümid edirəm ki, Premyer Liqada daha yaxşı olacaq".

Xatırladaq ki, noyabrın 18-də Bakıda "Neftçi" ilə "Zenit" (Sankt-Peterburq) arasında yoxlama matçında Mirzov dubluyla komandasına 2:1 hesablı qələbə qazandırıb.