"Sabah"ın baş məşqçisi Murad Musayev yenə emosionallığı ilə diqqət mərkəzindədi. Sport24.az xəbər verir ki, "Kəpəz"lə Misli Premyer Liqasının VII turunda ev matçında erkən qol buraxmaqla "kefinə doğan doğranan" rusiyalı mütəxəssisi sonradan rəqibin futbolçularını tez-tez yerdə qalmaları özündən çıxarıb.

Belə ki, qonaqların yarımmüdafiəçisi Eımir Tağıyev Elvin Camalovin ona qarşı kobudluğundan sonra meydanın mərkəzində qaııb və "Sabah"ın hücumu zamanı Aleksey İsayev topu auta çıxarıb. Musayev buna görə futbolçusuna kəskin formada narazılığını bildirərək, "topu kənara çıxarmayın" göstərişini verib. Musayevin hərəkətləri azərbaycanlı həmkarı Azər Məmmədovun ona narazılığınını bildirməyə məcbur edib.

Gəncəlilər autdan sonra topu rəqibin meydanına göndərib ki ki, bu zaman da Murad Oleqoviç səssiz qalmayıb: "Aleksey, bu da sənə sağolları".

Onu da bildirək ki, pasivində sarı vərəqə olan Camalov bundan sonra 2 dəfə kobud oynayıb və baş hakim İnqilab Məmmədov onu bağışlayıb. Musayev kapitanını yanına çağıraraq, sakit oynamağı tapşırıb.

Xatırladaq ki, ilk hissəsin sonunun getdiyi matçda hesab 1:1-di.