Misli Premyer Liqasının sonuncu - 36-cı turunda bu gün keçiriləcək "Səbail' - "Sumqayıt" oyunu yubileylə əlamətdar olacaq. Sport24.az xəbər verir ki, "ASCO Arena"da gerçəkləşəcək qarşılaşmar komandaların çempionatdakı 30-cu matçı kimi tarixə düşəcək.
Əvvəlki 29 qarşılaşmanın 17-də "gənclik şəhəri" təmsilçisi, 9-da Bakı klubu meydanı üç xalla tərk edib. 3 dueldə isə qalib müəyyənləşməyib.
Topların nisbətində də "Sumqayıt" üstündür - 38:23.
Qeyd edək ki, bugünkü matç saat 19:30-da start götürəcək.