Misli Premyer Liqasında cari mövsüm legioner futbolçularla bağlı limit ləğv edilib. Sport24.az "transfermarkt"a istinadən cari mövsüm ən çox əcnəbi oyunçulardan istifadə edən klublarla bağlı araşdırma aparıb.

Çempionatın I dövrəsində meydana çıxan futbolçuların 69,2 faizi legionerlər olub. Yerli oyunçularda bu rəqəm 30.8 faizdir.

Əcnəbi oyunçulardan ən çox istifadə edən komanda "Sabah"dır. "Bayquşlar"da bu gösrərici 80,8 faizə bərabərdir.

I dövrədə legioner futbolçulardan istifadəyə görə faiz nisbəti:

"Sabah" - 80,8 faiz əcnəbi, 19,2 faiz yerli

"Zirə" - 77,2 faiz əcnəbi, 22,8 faiz yerli

"Turan Tovuz" - 76,4 faiz əcnəbi, 23,6 faiz yerli

"Neftçi" - 75,3 faiz əcnəbi, 24,7 faiz yerli

"Şamaxı" - 71.1 faiz əcnəbi, 28,9 faiz yerli

"İmişli" - 70,4 faiz əcnəbi, 29,6 faiz yerli

"Qarabağ" - 69,1 faiz əcnəbi, 30,9 faiz yerli

"Sumqayıt" - 68,1 faiz əcnəbi, 31,9 faiz yerli

"Araz-Naxçıvan" - 67,2 faiz əcnəbi, 32,8 faiz yerli

"Kəpəz" - 64,9 faiz əcnəbi, 35,1 faiz yerli

"Karvan-Yevlax" - 59 faiz əcnəbi, 41 faiz yerli

"Qəbələ" 52,3 faiz əcnəbi, 47,7 faiz yerli