Misli Premyer Liqasında V turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib. Sport24.az xəbər verir ki, 6 qarşılaşmada 5770 tamaşaçı olub.
"Karvan-Yevlax" - "İmişli" matçında (0:3) 200, "Zirə" - "Şamaxı" duelində (2:1) 650, "Qəbələ" - "Kəpəz" (3:0) görüşündə 150, "Sabah" - "Turan Tovuz" (2:0) oyununda 820, "Araz-Naxçıvan" - "Qarabağ" (0:5) matçında 450, "Sumqayıt" - "Neftçi" (0:2) qarşılaşmasında 3500 fanat tribunada əyləşib.
Qeyd edək ki, Premyer Liqasa VI tur sentyabrın 26-da başlayacaq.