Futbol üzrə Azərbaycan millisi baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında tarixinin ən pis ikinci göstəricisinə imza atıb. Sport24.az xəbər verir ki, yığma portuqaliyalı mütəxəssislə ilk 8 matçın heç birində qələbə qazana bilməyib.

Bu, komandanı 8 və daha çox görüşə çıxarmış çalışdırıcılar arasında ən pis ikinci göstərici hesab olunur.

İndiyədək Ağasəlim Mircavadovdan sonra heç bir baş məşqçi ilk 8 qarşılaşmasında qalibiyyətsiz (yoldaşlıq görüşləri də daxil) qalmayıb. 1994-1995-ci illərdə yığmanın baş məşqçisi olan Mircavadov ardıcıl 10 matçda məğlubiyyətdən sonra istefaya göndərilib.

Qeyd edək ki, millimiz Santuşun rəhbərliyi altında 8 oyunun 7-də uduzub, 1-də heç-heçə edib. Qapısında 22 top görən komanda yalnız 3 dəfə rəqin qapılarına yol tapa bilib.