"Qəbələ"nin "Qarabağ", "Səbail"in isə "Sabah" kimi komandanı Kubokdan uzaqlaşdırması "Neftçi", "Zirə" və "Qəbələ"ni favorit etmişdi. "Neftçi" isə "Zirə"ni uzaqlaşdırdı". Bu sözləri Sport24.az-a açıqlamasında milli komandamızın məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun final görüşü ilə bağlı fikirlərini bildirib: "Neftçi" hər il hansısa bir titul qazanmalıdır. Düşünürəm ki, bu oyun "Neftçi" üçün daha vacibdir. Bərabər səviyyəli oyundur. Kiminsə üstün olduğunu demək olmaz. Kim psixoloji baxımdan hazır olacaqsa, o da qalib gələcək".

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu iyunun 3-də keçiriləcək.

 

KAMAL RZA