Azərbaycan millisinin noyabrın 19-da İsveç yığması ilə Solnada keçirəcəyi UEFA Milətlər Liqasının sonuncu tur oyununun hakim təyinatları açıqlanıb. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, "Strouberri Arena"da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək:

 

Millətlər Liqası, D qrupu

V tur

19 noyabr

23:45. İsveç - Azərbaycan

Baş hakim: Paweł Raczkowski
Baş hakimin köməkçiləri: Radosław Siejka, Adam Kupsik
Dördüncü hakim: Wojciech Myc

Solna. "Strouberri Arena".