21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyə yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və vaxtı müəyyənləşib.

Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

İyunun 17-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bundan üç gün sonra Azərbaycan U-21-i Bakıda Qırğızıstanla yoxlama matçında üz-üzə gələcək.