Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib. Sport24.az xəbər verir ki, son çempion "Birbaşa Bakı" mövsümə inamlı qələbə ilə başlayıb.

Yeni yaradılan və heyəti əsasən millimizin sabiq futbolçularından təşkil olunan "İnter" də ilk rəsmi matçında qələbə qazanıb. Belə ki, Əfran İsmayılovun kapitanı olduğu komanda "Sumqayıt"ı məğlub edib. Qollardan birinin müəllifi məhz Əfran olub. Rahid Əmirquliyev də bir dəfə fərqlənib, Rauf Əliyev isə dubla imza atıb.

 

Azərbaycan çempionatı

I tur

"Abşeron" – "Birbaşa Bakı" - 1:5

"Real Bakı" – "Atəşgah" - 4:3

"Veteran" – "Baku Fire" - 7:1

"Turan" – "Galaxy" - 4:2

"İnter" – "Sumqayıt" - 4:2

"Dinamo Gəncə" – "Siyəzən" - 4:3

"Zirə" – "Odlar Yurdu" - 4:1

"Dirçəliş" – "Aznur" - 1:5