Futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya qarşı keçirəcəyi oyundan əvvəl açıq məşqinin vaxtı bəlli olub. Sport24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq hazırlıq prosesi oktyabrın 9-da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Bundan yarım saat əvvəl baş məşqçi Ayxan Abbasov mətbuat konfransına qatılacaq.

 

Eyni gündə, saat 14:15-də Fransa yığmasının baş məşqçisi Didye Deşamın mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi planlaşdırılıb.

 

Qeyd edək ki, Fransa - Azərbaycan qarşılaşması oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.