Azərbaycan millinin hücumçusu Renat Dadaşov bu gün Polşa çempionatının 26-cı turunda "Zaqlembe"yə qarşı keçiriləcək matçda "Motor"a kömək edə bilməyəcək. Sport24.az xəbər verir ki, buna səbəb Dadaşovun ötən turda "Termalika" ilə görüşdə (2-1) sarı vərəqə almasıdır.
Belə ki, bu, onun mövsümdəki dördüncü sarı vərəqəsi olduğu üçün Dadaşov bir oyunluq cəzalı duruma düşüb.