Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu dəvət olunub.

Sport24.az “Səbail” klubunun üzvü Ayxan Bədizadə düşərgəyə qoşulub. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.