21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində Ukrayna ilə görüşəcək.

 

F qrupunda sonuncu pillədə qərarlaşan Samir Əliyevin yetirmələri lideri büdrətməyə çalışacaq. Dörd gün əvvəl İngiltərəyə dörd top fərqi ilə uduzan millimiz "Azərsun Arena"ya uğur qazanmaq üçün çıxacaq. 

 

Qeyd edək ki, qrupumuzda baş tutacaq digər iki oyunda Serbiya Şimali İrlandiyanı, İngiltərə Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmalar Bakı vaxtı ilə müvafiq olaraq 21:00 və 23:00-da başlayacaq.

 

AVRO-2025-in seçmə mərhələsi
F qrupu
26 mart
16:00. Azərbaycan – Ukrayna 0:3

Qol: A.Yatsyuk, 25. O.Oçeretko, 40.V.Rubçinski, 55
Baş hakim: 
Dario Bel (Xorvatiya)
Bakı. "Azərsun Arena"

Azərbaycan: 22. Amin Ramazanov, 19. Qurban Səfərov, 13. Seymur Məmmədov, 4. Cəlal Hüseynov (k), 15. Süleyman Damadayev, 20. Rüfət Əhmədov, 17. Murad Vəliyev, 8. Emil Səfərov, 6. Zeynəddin Abdurrahmanov, 7. Camal Cəfərov, 9. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov, 5. Nazim Həsənzadə, 14. Ayxan Süleymanlı, 16. Xəyal Əliyev, 18. Ağadadaş Salyanski, 21. İbrahim Ramazanov, 23. Ramin Nəsirli

Baş məşqçi: Samir Əliyev

Ukrayna: 1. Ruslan Neşçeret, 15. Artyom Smoliakov, 16. Arseniy Batahov (k), 13. Volodimir Saliuk, 4. İllya Krupski, 8. Oleq Oçeretko, 22. Valentin Rubçinski, 18. Aleksandr Yatsyuk, 10. Nazar Voloşin, 20. İqor Krasnopir, 21. Maksim Braharu.

Ehtiyat oyunçular: 12. Yakov Kinareykin, 2. Konstantin Vivçorenko, 5. Vitali Roman, 6. Boris Kuşinski, 9. Yevgen Kavlyuk, 11. İvan Varfolomiyev, 14. İlya Kvasnitsa, 17. İqor Xorbax, 19. Maksim Xan

Baş məşqçi: Unay Melqoza