Azərbaycan millisi FIFA reytinqində irəliləyəcək. Sport24.az-ın məlumatına görə, bu, oktyabrda yığmaların oyunlarından sonra mümkün olub.

Toqo seçməsinin dörd sıra geriləməsi millimizin bir addın irəli düşməsinə gətirib çıxaracaq.

Hazırda 1142.25 xalı olan yığmamız son siyahıda 123-cü olacaq. Bu isə komandanın bir pillə irəliləməsi deməkdir.

Azərbaycan ötən ay 1148,09 xalla 124-cü idi. Milliniz bu ay DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, FIFA növbəti reytinqi oktyabrın 23-də açıqlayacaq.