Bu gün qızlardan ibarət U-17 futbol yığması Avropa çempionatının seçmə mərhələsinin B Liqasının I qrupunda son oyununu keçirəcək. Sport24.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz meydan sahibləri Moldova ilə qarşılaşacaq.

 

Görüş Kişineuda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

 

Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.