Azərbaycanın amputant futbolçulardan ibarət millisi Millətlər Liqasının C qrupunda keçirdiyi ilk matçda qələbə qazanıb. Sport24.az xəbər verir ki, yığma Belçika ilə üz-üzə gəlib.

 

"Bayıl Arena" stadionunda baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yığmanın heyətində Sənan Hacıyev və Fərhad Əyyubov (2 qol) fərqləniblər.

 

Qeyd edək ki, komandamız sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.