Milli Məclisin deputatı Aqil Abbas əfsanəvi futbolçu Lionel Messinin Bakıya gəlməsinə münasibət bildirib.  Sport24.az xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında deyib ki, Messinin Azərbaycana gəlişi ölkənin reklamıdır:

 

"Messi dünya ulduzudur. Əvvəl futbol ulduzlarını Qurban Qurbanov dəvət etmişdi. İndi də Messi başının dəstəsi ilə, dostları ilə gəlib. Bu, Azərbaycanın reklamıdır, Azərbaycana verilən qiymətdir. Messini Bakıya gətirmək üçün nə qədər xərcləri çıxıb, bilmirəm. Amma belə olmalıdır də. Messidir ey bu! Dünyanın futbol ulduzu gəlib Bakıya, Bakını görəcək. Bizi görəcək ki, biz adamıq! Ermənilərin dediyi deyilik. Bakı nə gözəldir, Azərbaycan necə tikilir, inkişaf edir - hamısını görəcək, gedib reklam edəcək. Messinin bir reklamına nə qədər pul verirlər. Adicə kiminsə üzünə tüpürür, ona da pul verirlər. Haqqımızda xoş sözlər deyəcək".