Bu gün Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək oyunda Azərbaycan Kubokunda ikinci finalçının adı məlum olacaq. Sport24.az xəbər verir ki, "Sabah" "doğma divarlar" arasında "Neftçi"ni qəbul edir.
Bu komandalar arasında baş tutan ilk görüş "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, İnqilab Məmmədovun fit çalacağı oyun saat 20:00-da başlayacaq.
Azərbaycan Kuboku
1/2 final mərhələsi, cavab oyunu
20:00. "Sabah" - "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Masazır. "Bank Respublika Arena"
İlk oyun: 2:1