"Şamaxı"ya qarşı məğlub olduğumuz üçün məyusuq. Qol fürsətlərimiz oldu, istifadə edə bilmədik. Sonda rəqib bizi cəzlandırdı. Vacib matçda qqələbə qazanıb xal ehtiyatımızı daha da yaxşılaşdırmaq istəyirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Nicat Süleymanov deyib.

 

Süleymanov Misli Premyer Liqasının 31-ci turunda "Şamaxı"ya məğlub olduqları oyun haqda fikirlərini bölüşüb:

 

"Qol vurmağımız üçün bizə mane olan səbəb yox idi. Sadəcə, bəxt tərəfimizdə deyildi. Heç bir arxayınlıqdan söhbət belə gedə bilməz. Hər oyuna ciddi və məsuliyyətli çıxırıq. Baxmayaraq ki, 8 xal öndəyik, qarşıdakı oyunlarda maksimum nəticə göstərib yerimizi yaxşılaşdirmaga çalışacağıq".

 

Qeyd edək ki, "Şamaxı" "Kəpəz" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.