"Neftçi"nin zədəli futbolçusu Emil Səfərov əməliyyat olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilib ki, Misli Premyer Liqasının 29-cu turu çərçivəsində aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş "Şamaxı" ilə matçın gedişində Emil Səfərov çiynindən aldığı zədə səbəbindən əvəzlənib. 

 

Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə, Emil Səfərov Türkiyənin İstanbul şəhərində artroskopik əməliyyat olunub.

 

Qeyd edək ki, əməliyyatı uğurla başa çatan Səfərov iki gün sonra Bakıya qayıdacaq, müalicə və bərpa prosesinə başlayacaq. Təqribi olaraq üç aydan sonra isə məşqlərə start verəcək.