La Liqanın prezidenti Xavyer Tebas yerli çempionatla İngiltərə Premyer Liqasını müqayisə edib. Sport24.az xəbər verir ki, o, La Liqanın idmana investisiya baxımından Premyer Liqadan daha yaxşı olduğunu deyib: 

 

"Premyer Liqa pul itkisidir. Biz idmana investisiya baxımından ən səmərəli liqayıq. İtaliya öz çempionatına böyük sərmayə qoyur, lakin oyunçuları transfer bazarında yüksək qiymətləndirilmir. Biz iqtisadi səmərəlilik və liqanın bütövlüyü üçün çalışmalıyıq.

 

Çempionatın inkişafına ən çox sərmayə yatıran bizim klublarımızdır. İndi mövcud olan məhsuldarlıq forması ən aktualdır".