Yunanıstan Superliqasının oyununu tarixdə ilk dəfə türkiyəli hakim idarə edəcək. Sport24.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, FİFA referisi Halil Umut Meler aprelin 27-də keçiriləcək Superliqanın final mərhələsinin AEK - "Olimpiakos" matçınının baş hakimi olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, Yunanıstan Superliqasına əcnəbi hakimlər, o cümlədən azərbaycanlı FİFA referisi Əliyar Ağayev tez-tez təyinat alır.