Almaniyanın "Nürnberq" klubunun futbolçusu Yulian Yustvan azərbaycanlı futbolçu Mahir Emrelinin komandada qalmasını istəyir. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə "Bild" nəşrinə açıqlama verib.
Almaniyalı forvard Emreli ilə uzun müddət birlikdə çıxış etmək istədiyini söyləyib:
"Mahir çox yüksək keyfiyyətlərə malik futbolçudur. Əgər oyuna tam konsentrasiya olsa və öz potensialını meydanda göstərsə, bizə böyük faydası dəyə bilər. Onun komandada qalmasına çox sevinərdim".
Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emrelinin müqaviləsinin müddəti yayadək nəzərdə tutulub. Sözləşmədəki bəndə əsasən, Azərbaycan millisinin üzvü komanda Bundesliqaya vəsiqə qazanacağı təqdirdə daha bir mövsüm klubda qalacaq.