"Bu günkü qarşılaşmalar çox maraqlı olacaq". Bu sözləri Sport24.az saytına açıqlamasında Samir Musayev deyib.
"Qarabağ"ın veteran futbolçusu ölkə kubokunun yarımfinalının cavab qarşılaşmaları barədə fikirlərini bölüşüb:
"Qarabağ"ın "Araz-Naxçıvan"ı üstələyərək, finala çıxacağını düşünürəm. Ağdamlılar üçün hesabda geri olmağın önəmi yoxdur. Dəfələrlə avrokuboklarda ağır oyunlardan çıxıb, çempionatda istənilən rəqibi məğlub edib. Amma "Sabah" - "Neftçi" matçında hər şey ola bilər. Məncə, "Sabah" şansı əldən verməz. Yenə də sonuncu dəqiqəyə kimi gözləməliyik. "Neftçi"nin derbi matçından sonra bu cür vacib qarşılaşmaya çıxması problem ola bilər".
Qeyd edək ki, kubokun cavab görüşləri bu gün keçiriləcək. "Qarabağ" - "Araz-Naxçıvan" matçı saat 17:00-da, "Sabah" - "Neftçi" oyunu isə 20:00-da başlayacaq.