"Qarabağ" futbol akademiyasının sabiq koordinatoru Önder Karaveli ölkəsinin mətbuatına açıqlama verib. Sport24.az xəbər verir ki, 51 yaşlı mütəxəsis "Radyospor"un canlı yayımında daha əvvəl birlikdə çalışdığı Abdullah Avcı barədə danışıb.

"Onunla birlikdə "Başakşehir"də iki dəfə işləmişik. "Trabzonspor"da da onun texniki heyətində yer aldım. "Trabzonspor"dan ayrılandan sonra "Neftçi"dən və Azərbaycan millisindən təklif gəldi. Amma o vaxt proses yeni idi. Heç bir inkişaf olmadı. Azərbaycan futbolu sevən ölkədir. İnkişaf üçün imkanları var. Əvvəl "Qarabağ"da işləmişəm, bu ölkəni çox sevirəm".

Qeyd edək ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin yayına qədər "Qarabağ"da çalışıb. Abdullah Avcı 2024-cü ilin yayında "Trabzonspor"dan ayrılıb.