"Vasili Berezutskininin ilk oyununun nəticəsi bizi qane etdi. İndi qrafik sıxdır, qlobal dəyişikliklərə vaxt yoxdur. Amma addım-addım irəliləyəcək və oyundan-oyuna artıracağıq". Sport24.az xəbər verir ki, bunu "Sabah"ın prezidenti Maqsud Adıgözəlov deyib.

 

"Matç TV"yə açıqlama verən klub rəhbəri rusiyalı baş məşqçi Vasili Berezutskinin komandadakı ilk iki oyununu dəyərləndirib: "İkinci oyun ağır oldu. "Turan Tovuz" yaxşı təşkilatlanmış komandadır. Üstəlik, uzaq səfər, süni meydan və azarkeşlərin aktiv dəstəyi çətinliyi artırırdı. Əsas odur ki, kubokda mərhələ adladıq, işimizi davam edəcəyik".

 

Qeyd edək ki, Berezutskinin debütündə "Səbail"ə Premyer Liqa matçında 1:0 hesabı ilə qalib gələn "Sabah" kubokun 1/8 finalında "Turan Tovuz"u mübarizədən kənarlaşdırıb – 2:2, p. 1:3.