Sport24.az saytı bu ildən yeni rubrikayla - "Matçın qəhrəmanı"ıyla (Man of the match) görüşünüzə gəlir. Premyer Liqamızda hər matça ayrılıqda nəzər salaraq, onun qəhrəmanını seçəcəyik. Qış fasiləsindən sonra ilk tura, ümumiyyətlə, ikinci dövrəyə yekun vuran oyunun qəhrəmanını seçmək qalıb.

 

"Keşlə" - "Sumqayıt" - 0:1: Matçın qəhrəmanı - Tellur Mütəllimov

Artıq millimizin də üzvü olan Tellur Mütəllimov "Sumqayıt"ı uzun müddətdi həsrətində olduğu qələbəyə qovuşdurdu. Düzdür, "Keşlə"ylı səfər matçının artıq 3-cü dəqiqəsində Tellurun qapıya zərbəsindən sonra avtoqol qeydə alınsa da, hər halda, qolu onun da aktivinə yazmaq lazımdı. Mütəllimov təkcə bununla yadda qalmayayaraq, 90 dəqiqəni yüksək səviyyədə keçirdi və çıxış etdiyi sol cinahda həm müdafiədə etibarlı oldu, hücumların təşkilində fəail iştirak etdi.