"Qarabağ" bu mövsüm avrokuboklarda elə də uğurlu çıxış etmir". Bu sözləri Sport24.az saytına açıqlamasında Mahmud Qurbanov deyib.
Təcrübəli mütəxəssis ötən gün Bakıda keçirilmiş "Qarabağ" - FCSB oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Standart vəziyyətlərdə FCSB daha yaxşı çıxış edirdi. Əsas da künc zərbələrinə yaxşı hazırlaşmışdılar. Rəqib "Qarabağ"ı yaxşı analiz etmişdi. Juninyo pis hücumçu deyildi. Artıq qəbul etmək lazımdır ki, o yoxdur. Bundan sonra Juninyosuz oynamaq lazımdır. Dünən Nəriman Axundzadə hücumda pis oynamırdı. Məğlubiyyəti Juninyonun yoxluğu ilə bağlamaq düzgün deyil".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB-ya (Rumıniya) məğlub olub – 2:3.