Ötən gün "Qarabağ"ın UEFA Çempionlar Liqasında Franskfurt "Ayntraxt"ı üzərində qazandığı 3:2 hesablı qələbə Almaniya mətbuatının diqqət mərkəzində olub. Sport24.az xəbər verir ki, "köhnə qitə"nin aparıcı futbol ölkəsinin mediası dünənki oyunla bağlı müxtəlif başlıqlı yazılar paylaşıblar.
Məşhur "Kicker" nəşri "Qarabağ"ın əlavə vaxtda vurduğu qolu "şanslı zərbə" kimi qiymətləndirərək bu nəticənin Frankfurt klubunun Çempionlar Liqasındakı yoluna erkən son qoyduğunu yazıb.
"Sport Bild" isə "Qarabağ" Frankfurt klubunu şoka saldı" yazaraq, bu, məğlubiyyəti Almaniya təmsilçisi üçün fəlakət kimi qiymətləndirib.
"Transfermarkt" portalı Almaniya təmsilçisinin növbəti dəfə üstünlüyü qoruya bilmədiyini vurğulayıb.
"Sportschau" isə bu məğlubiyyəti "rüsvayçı nəticə" adlandıraraq "Ayntraxt"ın pley-off arzularına Bakıda vida etdiyini qeyd edib.