Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan millisinin oyununa təyinat alıb. Sport24.az-a bu barədə Futzal federasiyasından bildirlib.

 

O, bu gün Avropa çempionatının final mərhələsi çərçivəsində keçiriləcək Ermənistan – Ukrayna matçında timekeeper kimi hakimlər briqadasına kömək edəcək.

 

Qeyd edək ki, bu, həm də FIFA referisinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.