“Maraqlı oyun oldu. Hər halda, keçənilki çempiona qarşı oynadıq. Uşaqlar “Qarabağ”ın adından qorxmadılar. Aqressiv idilər, yaxşı çıxış etməyə çalışdılar". Sport24.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının I turunda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis qarşılaşmadan sonrakı mətbuat konfransında birinci hissədə iki yaxşı qol epizodlarının olduğunu, bunlardan yararlana bilmədiklərini xatırladıb: "Çalışıdırdıq ki, heç bir komponentdə rəqibdən geri qalmayaq. Ancaq rəqib qol epizodlarından yararlandı, biz yox. Yenə də uşaqlardan razıyam. Çempiona qarşı bacardığımız qədər yaxşı oynamağa çalışdıq”.