Polşanın "Legiya" klubuna keçən millimizin futbolçusu Mahir Emreli bu gündən fərdi məşqlərə başlayıb. Sport24.az xəbər verir ki, 24 yaşlı hücumçu əvvəlcə trenajor alətləri ilə məşq edib, daha sonra isə topla çalışmaları yerinə yetirib.
Onun gələn həftədən komanda ilə məşqə qoşulacağı gözlənilir.
Xatırladaq ki, "Qarabağ"ın keçmiş futbolçusu "Legiya" ilə "3+1 il" şərtiylə müqavilə imzalayıb.