"Qarabağ"ın futbolçusu Mahir Emreli Polşanın "Legiya" (Varşava) klubu ilə razılıq əldə edib. Sport24.az bu ölkənin "Meczyki" nəşrinə istinadən xəbər verir ki, millimizin 24 yaşlı hücumçusu yaxın günlərdə Varşava təmsilçisi ilə müqavilə imzalayacaq.
Bildirilir ki, danışıqlar artıq başa çatıb və hər hansı daha sərfəli təklif olmasa, sözləşmə tezliklə imzalanacaq.
Emrelinin yeni klubunda qazanacağı məbləğ də açıqlanıb. Belə ki, futbolçumuz müqavilə bağlanacağı təqdirdə o, "Legiya"da illik 300 min avro maaş alacaq. Polşa çempionu azərbaycanlı forvarda 3 illik müqavilə təklif edib: "Emreliyə Rusiyanın "Ural" (Yekaterinburq) və Almaniyanın "Union" (Berlin) klublarından aldığı təkliflərin maddi cəhətdən daha yaxşıdı. Lakin futbolçu Qərbi Avropaya yaxın klubda oynamaq və 1-2 iki il ərzində daha yaxşı komandaya keçmək niyyətindədi".
Qeyd edək ki, Polşanın daha bir neçə klubu maraqlanan Mahirin 2015-ci ildən çıxış etdiyi "Qarabağ"la müqaviləsi yayda başa çatacaq.