Hazırda PSJ-nin "sükanı arxasında" olan Luis Enrike klublararası dünya çempionatının 1/4 final mərhələsinin "İnter Mayami" ilə oyunu öncəsi futbol tarixinin ən yaxşı futbolçusu ilə bağlı sualı cavablandırıb. İspan mütəxəssis bununla bağlı "All About Argentina"ya açıqlama verib:

 

"Heç şübhəsiz ki, mənim üçün Lionel Messi tarixin ən yaxşı futbolçusudur. Onun karyerasının piki 10-15 il davam etdi. O, tarixin ən böyük oyunçusu üçün etalondur. Onun illər ərzində hər üç gündən bir ən yüksək səviyyədə çıxış etməsi heyranedicidir.

Mən Messinin məşqdə digərləri ilə müqayisədə fərqli səviyyədə ortaya qoyduğunu, inanılmaz şeylər etdiyini görmüşəm".

 

Qeyd edək ki, Enrike "Barselona"da Messinin baş məşqçisi olub. Lionelin hazırda çıxış etdiyi "İnter Mayami" bu gün Enrikenin baş məşqçisi olduğu PSJ ilə qarşılaşacaq.